Qadin.NET / Qadın boksçumuz Polşada erməni rəqibini məğlub etdi

Qadın boksçumuz Polşada erməni rəqibini məğlub etdi

 

Qadın boksçumuz Polşada erməni rəqibini məğlub etdi

 

Polşanın Kielçe şəhərində Roma olimpiadasının bürünc mükafatçısı, Avropa çempionu Leşek Droqoşun xatirəsinə həsr olunmuş beynəlxalq boks turnirinə start verilib.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, yarışda kişilərlə yanaşı, qadın idmançılar da gücünü sınayırlar. Turnirdə milli komandamızın məşqçisi İvan Yuşenkonun rəhbərliyi altında Yana Alekseyeva (60 kq) mübarizə aparır.

Alekseyeva ilk görüşdə Ermənistan boksçusu Aşixen Hovhanisyanı məğlub edib - 3:0.

Milli komandamızın üzvü bu gün polşalı Sandra Krukla üz-üzə gələcək.

Mənbə: Trend.Az

19 sentyabr 2014
GO BACK