Yevlax rayonu üzrə 2013-cü ildə şəkərli diabetlə iki azyaşlı dispanser müşahidəsinə götürülüb. Milli.Az El TV-yə istinadən xəbər verir ki, bu ilin 6 ayı ərzində isə həmin göstərici 7 olub. Həkim endokrinoloq Sevda Nuriyeva deyir ki, uşaqlarda şəkərli diabetin yaranmasının əsas səbəbi irsiyyət faktoru və normal qidalanmamaqdır.
Valideynləri şəkərli diabetin daşıyıcısı olan uşaqlarda bu xəstəliyin olması ehtimalı çoxdur. Uşaqların erkən yaşlarından ana südündən kənarlaşdırılaraq tərkibi bilinməyən süni qidalarla qidalanması da şəkər xəstəliyinə tutulma riskini artırır: "Ən düzgün normal qidalanma ana südüdür. Azyaşlı uşaqlarda ana südü ilə qidalanmanın 1 yaşına qədər mühüm əhəmiyyəti var. Erkən yaşlardan süni qidalara keçmək uşaqlarda inkişafa və xəstəliklərin yaranmasına təsir göstərir”.
Xatırladaq ki, Yevlaxda şəkər diabeti ilə bağlı dispanser müşahidəsində qeydiyyatdan keçən ən azyaşlı uşaq 2 yaş 3 aylıqdır.