Qadin.NET / "Qarabağ"dan möhtəşəm uğur

"Qarabağ"dan möhtəşəm uğur

UEFA bu gün klubların növbəti reytinq siyahısını açıqlayıb. ANS PRESS-in məlumatına görə, ötən gün Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxan və Fransanın "Sent-Etyen" klubu ilə oyunda xal qazanan Ağdam təmsilçisi mövqeyini xeyli yaxşılaşdırıb. "Qarabağ" 454 klubun yer aldığı siyahıda 199-cu pillədə qərarlaşıb. Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri ötən siyahı ilə müqayisədə 27 pillə irəliləyiblər. 

Mənbə: ANS PRESS

19 sentyabr 2014
GO BACK