Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun təkbətək görüşü olub.
ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulandı. Əlaqələrimizin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.
Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Mənbə: ANS PRES