Qadin.NET / Prezidentin oğlu orduda

Prezidentin oğlu orduda

 

Prezidentin oğlu orduda

Ukrayna prezidentinin oğlu orduda könüllü xidmət edir. ANS PRESS-in "İTAR TACC"a istinadla verdiyi məlumata görə, bunu Pyotr Poroşenko özü deyib. Poroşenkonun sözlərinə görə, Ukraynanın şərqindəki münaqişə zonasında artileriya qüvvələrində xidmət edir. 
Biz ukraynalılar təhlükələrə sinə gərə və mübarizə apara bilirik. Bu sadəcə söz deyil. Mənim oğlum oradadır. O könüllü gedir", deyə o CNN-ə müsahibəsində bildirib. 
"O, London iqtisadiyyat məktəbini, INSEAD (fransız biznes məktəbi), Oksford bitirib və könüllü olaraq orduya gedib. Onun bölüyündən olan 4 nəfər son 3 həftədə yaralanıb. 
Bu çox güclü siqnaldır. Bu sülhün nə qədər vacib olduğundan xəbər verir". 
Qeyd edək ki, P.Poroşenkonun iki oğlu var. 1985-ci ildə doğulan Aleksey və 2001-ci il təvəllüdlü Mixail.

Mənbə: ANS PRESS

 

19 sentyabr 2014
GO BACK