Qadin.NET / 500 metr hündürlükdə körpəni tək qoydu

500 metr hündürlükdə körpəni tək qoydu

Perekestulen Norveçin Forsand vilayətinin ən məşhur yerlərindən biridir. ANS PRESS-in məlumatına görə, ildə minlərlə turistin ziyarət etdiyi və onlara möhtəşəm görüntü bəxş edən qayalığın başına uşaqla gəlmək məsləhət olunmur. Lakin turistlərdən biri bura nəinki uşaqla gələrək hətta onu tək başına buraxması ilə qınaq mənbəyinə çevrilib. Belə ki, həmin an fotokameraya həkk olunub. Şəkildə aydın görsənir ki, körpə sadəcə bir və ya bir metr yarım uçurumdan kənrarda iməkləyir. Körpənin valideynləri olduğu güman olunan şəxslər isə heç nədən narahat olmayaraq onun şəkilin çəkirlər. Onlradan heç biri uçuruma uşaq qədər yaxın deyil.Məsələnin ictimai qınaq olması fotoqrafın tviti ilə başlayıb. O tvit ataraq bunları deyib: “Məncə onlar uşağı böyük təhlükəyə atıblar. Körpə asanlıqla uçurumdan yuvarlana bilər və siz bunun nə zaman baş verə biləcəyini heç vaxt bilməzsiz. Bu inanılmazdır”. Burada uşağın tək başına edə biləcəyi tək hərəkət onun 579 metr (1900 fut) hündürlükdən yuvarlanması ilə bədbəxt hadisəyə səbə ola bilərdi. Şəkil internetdə yayılıb, valideynlərin məhsuliyyətsizliyi ictimai qınağa səbəb olduqdan sonra xəbər ahentliklərində də yer alıb.

Mənbə: ANS PRESS

19 sentyabr 2014
GO BACK