Qadin.NET / "Ya-Sin" sözünün mənası nədir?

"Ya-Sin" sözünün mənası nədir?

 

Milli.Az islam.az-a istinadən bildirir ki, Ya-Sin "Qurani-kərim"in 36-cı surəsinin adıdır. "Quran"ın 29 surəsi ayrı-ayrı hərflərlə başlayır. Bu hərflərin ümumi sayı 14-dür. Bəzi surələr bir hərflə, bəziləri isə iki, üç, dörd ya beş hərflə başlayır. Surələrin əvvəlindəki bu hərflərə “müqəttəə hərfləri” deyilir. Onların mənası barədə alimlərin arasında nüxtəlif fikirlər vardır. 
Ya-Sin surəsinin əvvəlindəki “y” (ya) və “s” (cin) hərflərinə gəlincə, burada Həzrət Mühəmməd Peyğəmbərə (s) işarə olunduğunu bildirirlər. Həmin fikrə görə, bu hərflər “ya seyyid” (ey seyyid, ey ağa) ifadəsinin qısa variantıdır. Məlumdur ki, Peyğəmbərin ləqəblərindən biri də “seyyid”dir (ağa, başçı). Bəzi dini kitablarda və klassik ədəbiyyat nümunələrində “Ya-Sin” ifadəsi İslam Peyğəmbərinin ləqəbi kimi işlədilib.
Mənbə: Milli.Az

 

19 sentyabr 2014
GO BACK