Xəbər verdiyimiz kimi, 18 sentyabr dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun ad günüdür.ANS PRESS-in məlumatına görə, hazırda davam edən “Qarabağ” klubu Fransanın “Sent-Etyen” klubu ilə oyunda Üzeyir Hacıbəyovun ad günü münasibətlə xüsusi sürpriz hazırlayıb.Belə ki, Tofiq Bəhramov adına stadionda böyük bir Azərbaycan bayrağı dalğalandırılıb və Üzeyir Hacıbəyovun məşhur əsəri olan “Koroğlu Uverturası” səsləndirilib.
Mənbə: ANS PRESS