İraq və Şam İslam Dövləti (İŞİD) təşkilatının üzvləri Suriyadakı hərbi bazaları tərk edirlər. Buna səbəb isə ABŞ tərəfindən səslənən avia zərbə hədələridir.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Təşkilatın fəallarından biri Abu Usama Fransanın xəbər agentliyi ilə əlaqə saxlayıb və bildirib ki, İŞİD döyüşçüləri Suriyanın şimal-şərqindəki Deyr-ez-Zor vilayətini tərk edirlər. Onun sözlərinə görə, artıq İŞİD üzvlər vilayət mərkəzindəki inzibati binanı tərk ediblər. Həmin bina əsas silah bazası kimi istifadə edilirdi.
Mayadin şəhərində İraq sərhədi ilə yaxınlıqda islamçılar 8 dövlət binasını azad ediblər. Yalnız poçt, hərbi kəşfiyyat və məhkəmə binalarını özlərində saxlayıblar. İŞİDçilər neft gəlirilərinin mərkəzi olan Eşar şəhərini də tərk ediblər. Xarici mücahidlərin ailələri təxliyyə
İslamçılar əsas forpostları olan Rakka şəhərini tərk etməyiblər.
Reuters isə kürd hərbi komandiri Öcalan İsoya istinadən xəbər verir ki, islamçılar Türkiyə ilə sərhəddə 16 kürd kəndini ələ keçiriblər.
Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama İŞİD-in mövqelərinə avia zərbələr endiriləcəyini bəyan edib.