Qadin.NET / Möhtəşəm təlimdən görüntü-video

Möhtəşəm təlimdən görüntü-video

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiqlədiyi plana əsasən bir neçə gündür davam edən irimiqyaslı təlimlərin növbəti mərhələsi keçirilib.Təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüş hazırlığının səviyyəsi, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icrası yoxlanılıb.ANS TV-nin məlumatına görə, sentyabrın 13-dən keçirilən hərbi təlimlərin aktiv hissəsi baş tutub. Təlim mərkəzləri və poliqonlarda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin atışları icra olunub. Praktiki raket buraxılışları və bombalama həyata keçirilib. Müdafiə naziri Zakir Həsənov təlimə cəlb olunan hərbi texnika və silahlara baxış keçirib. Şəxsi heyət qarşısında çıxışında nazir Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirildiyini və təlimin məqsədlərinə müvəffəqiyyətlə nail olunduğunu bildirib. Daha sonra təlim poliqonunda döyüş texnikasının keçidi və aviasiyanın uçuşları həyata keçirilib. Təlim nöqtələri, texniki təminat, təmir-bərpa, səyyar ideoloji məntəqələrinə və mobil səhra hospitalına baş çəkən Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimdə fərqlənən hərbi qulluqçuları mükafatlandırıb.Təlimlər sentyabrın 20-dək davam edəcək.

Mənbə: ANS PRESS

18 sentyabr 2014
GO BACK