"Azərbaycan məscidlərində kitabxanalar yaradılacaq". APA-nın xəbərinə görə, bunu Prezident yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov deyib.
Onun sözlərinə, məscidlərə tək ibadət yeri kimi yanaşmaq düzgün deyil: "Bununla bağlı Bilik Fondu öz üzərinə düşən müvafiq işləri yerinə yetirir. Bu işdə mətbuat da bizə dəstək olmalıdır”.
O.Səmədov qeyd edib ki, bu gün məscid təkcə ibadət yeri deyil, həm də əhalinin, dindarların, Allaha sitayiş edənlərin tarixi kitablarla yaxından tanış ola biləcəyi yer olmalıdır: “Biz məscidlərdə kitabxana yaratmaq istəyirik. Xristian ölkələrində bu praktika mövcuddur”.
Fond rəhbəri yas mərasimləri ilə bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, ölkədə yas mərasimləri ilə bağlı hər hansı qadağa yoxdur: “Hesab edirəm ki, biz əhali arasında maarifləndirmə işləri aparmaqla yas mərasimlərində israfçılığın qarşısını ala bilərik”.
Mənbə: Milli.Az