Qadin.NET / Cəbhə xəttindən son xəbər

Cəbhə xəttindən son xəbər

Cəbhə xəttində atəşkəs yenidən pozulub.Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Xatırladaq ki, dünən də atəşkəs pozulub. Erməni silahlı bölmələri ötən gecə Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 

Mənbə: ANS PRESS

18 sentyabr 2014
GO BACK