Qadin.NET / “Fənərbaxça”nın qapıçısına həbs şoku

“Fənərbaxça”nın qapıçısına həbs şoku

Heyvansevərlər “Fənərbaxça” klubunun qapıçısı Volkan Dəmirəlin həbs olunmasını istəyirlər.ANS PRESS-in məlumatına görə, buna səbəb Volkan Dəmirəlin “Fənərbaxça”nın “Qalatasaray”la ötən oyununda “sarı-qırmızılılar”ın “Pitbul” ləqəbli oyunçusu Felipo Melo barəsində “Bələdiyyə küçə itlərini zəhərləməlidir” sözlərini işlətməsidir.Qapıçının sözlərindən qəzəblənən Heyvanları Çarəsizlikdən və Diqqətsilikdən Qoruma Dərnəyi Volkanın 3 ilə qədər həbs olunması tələbi ilə İstanbul Cümhuriyyət Prokurorluğuna müraciət edib.Heyvansevərlərin sözlərinə görə, Volkan bu cür ifadə işlətməklə sadəcə küçə itlərinə deyil, heyvansevərlərə qarşı da təhqirə yol verib və insanları kin və düşmənçiliyə təhrik edib.

Mənbə: ANS PRESS

18 sentyabr 2014
GO BACK