Milli.Az xəbər verir ki, Bakının Yasamal rayonu, Əbdülrəhim bəy Haqverdiyev və Zahid Xəlilov küçələrinin kəsişməsindəki yolda "zebra" silinib.
Sakinlər bildirirlər ki, həmin yolun eni çox olduğundan "zebra" əvvəllər onlara çox kömək olurdu, indi isə onlar yolu kor-koranə keçirlər: "İnsan olan sürücü piyadaları görəndə avtomobili saxlayaraq yol verir, olmayanlar isə imkan vermirlər. "Zebra" silinəndən burada çox təhlükəli vəziyyət yaranıb".
Məsələ ilə bağlı Bakı Şəhər Siqnal İdarəsi ilə əlaqə saxladıq. Qurumdan Milli.Az-a bu cür məsələlərlə bağlı sakinlərin nəqliyyat departamentinə müraciət etməli olduqlarını bildirdilər.
"Əgər hansısa yaşayış yerinin sakinləri bu cür problemlə qarşılaşsa, onlar ilk öncə nəqliyyat departmanetinə qrup şəkilində məktub ünvanlamalıdırlar.
Şikayət ərizəsinə onlar baxırlar. Ərizə təsdiq olunduqdan sonra həmin ərizə bizə göndərilir və əraziyə baxış keçirilir. Bundan sonra əməkdaşlarımız tərəfindən problem həll olunur".