İnsanlar qocalanda ahıl yaşa çatanda daha həssas olur. Yaxınlarından, qohumlarından nəvaziş, diqqət gözlədikləri halda, gördükləri saymamazlıq, diqqətsizlik olur. Tənha qalan qocalar bəzən yaşayış məkanlarının yoxluğunu da yaşamaq məcburiyyətində qalırlar. Necə deyərlər, küçələri özlərinə həmdəm seçirlər.ANS TV-nin məlumatına görə, domğa bacısı tərəfindən evindən qovulan 52 yaşlı Vladimir Slavetski ev-eşiyindən məhrum olandan bəri uzun müddət Nərimanov rayonundakı istirahət yerini özünə mənzil edib. Ömürünün 16 ilini Rusiyanın Krasnoyarsk şəhərində yaşayan və daha sonra Bakıya deportasiya olunan Vladimir kimi ailə qayğısından məhrum olanlar az deyil. Kimi bacısı, qardaşı, kimi də doğma övladları tərəfindən küçəyə atılır ya da qocalar evinə yerləşdirilir. Çox təəssüf ki, bu gün ailə daxili münaqişələr zəminində - məsələn, gəlin qaynana-qaynata münasibətlərində yaşanan xoşagəlməz hallar sonda onlardan birinin və ya hər ikisinin qocalar evinə yerləşdirilməsilə nəticələnir. Psixoloqlar da təsdiqləyir ki, yaşa dolduqca insanlar arasında söz ya da davranış xoşa gəlməyə bilər, hətta ahıl yaşlı şəxsin özünü aparmasında fərqlilik özünü biruzə verər. Amma onların qocalar evinə yerləşdirilməsi heç də problemin həlli yolu deyil.Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, qocalar evinə yerləşdirilən şəxs atılmış sözünü ömürlük şuraltına həkk edir və ona görə də düşdüyü mühitdə daim bir nisgil, kədər içində olur. Din xadimləri yaxınlarını xüsusilə də ata-anasını qocalar evinə atan şəxslərin böyük günah sahibi olduğunu deyir. Çünki onlara qan və can verən insanlara nankorluğu heç dinmiz də qəbul etmir.Bu problem Milli Məclisdə də müzakirə olunub. Ahıl şəxslərin, tərk edilmiş yaşlıların hüquqlarının qorunması üçün onları bu vəziyyətə çatdıran övladların cəzalandırılması məsələsi gündəmdədir. Millət vəkili Bahar Muradova bu cür övldaların hüquqi və maddi məsuliyyətlərini müəyyən edən qanunun qəbul edilməsini təklif edib.Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyindən isə bildirirlər ki, qocalar evinə yerləşmək üçün müraciət edənlərin sayında əvvəlki illərlə müqayisədə çox da fərq olmayıb. Bura üz tutanların böyük əksəriyyəti isə yaşayış yeri olmayan şəxslərdir. Ona görə də çalışın ata-analarınızla münasibətdə qüsura yol verməyəsiniz.
Mənbə: ANS PRESS