Qarabağ məsələsinin hazırki mərhələdə müzakirəsi sülhün bərqərar olmasının əsaslı elementləri üzərində gedir. ANS PRESS-in məlumatına görə, bu barədə ATƏT-in həmsədri Ceyms Uorlik ABŞ səfiliyində jurnalistlərlə görüşü zamanı bildirib."Mən insanların qəzəbini başa düşürəm, axı danışıqlar 20 ildir ki, davam edir. 1992-94-cü ildə baş verən müharibə hər iki tərəf üçün dağıdıcı oldu. Bizdən heç kim bu günləri təzədən yaşamağı arzulamır. Belə çətin problemlərin müzakirəsi heç vaxt asan olmur, lakin qeyd etdiyim kimi hazırda münaqişənin həll yolunda bir "pəncərə" mövcuddur. Prezidentlər keçən ilin noyabrında Vyanada yaxşı görüş keçiriblər və münaqişənin həllinin mümkünlüyü barədə razılığa gəliblər. Soçi görüşü barədə bir söz deyə bilmərəm, lakin ABŞ-ın dövlət katibi Con Kerri ilə görüş çox məhsuldar oldu. Qarabağ məsələsinin hazırkı mərhələdə müzakirəsi sülhün bərqərar olmasının əsaslı elementləri üzərində gedir. Mən həmin əsaslı elementləri Karnegi klubunda çıxışım zamanı qeyd etmişdim. Lakin burada elementlərin ikisində razılıq kifayət deyil. Müttləq bütün 6 bənd üzrə razılıq olmalıdır."- deyə müsahibəsində Uorlik qeyd edib.Jurnalistlər Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Rusiyanın Azərbaycana “müasir silah və hərbi texnika satışına” amerikalı həmsədrin münasibətini öyrənmək istədikdə o, “ruslarla dünyanın başqa hissələrində fikir ayrılıqları olduğuna baxmayaraq”, Qarabağ problemi ilə bağlı “yalnız diplomatik yolla, problemin uzunmüddətli tənzimlənməsinə nail olmaq məsələsi ilə bağlı razılığa gəlmişik”- deyə bildirib.Silah tədarükü məsələsinə gəldikdə isə, Uorlik bunun həmsədrlərə aid məsələ olmadığını, lakin təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində zorakılıq halları barədə fikir mübadiləsi apardıqlarını deyib.“Bizi baş verən zorakılıq, ölüm və yaralanma faktları narahat edir. Daimi sülhə nail olmaq istəyiriksə, zorakılığa son qoyulmalı və atəşkəs rejiminə riayət edilməlidir”, - deyə amerikalı həmsədr bildirib.“Təmas xəttində və sərhəddə zorakılıq hallarının azalması istiqamətində istənilən addımlar vacibdir və tərəflər onları qəbul etməlidir. Zorakılığın necə başlandığı və bunun üçün kimin məsuliyyət daşıdığını müəyyən etmək problemi mövcuddur. Tərəflər bir-birini günahlandırır”- deyə Uorlik əlavə edib.Bu təqdirdə təmas xəttində baş verən insidentlərin beynəlxalq araşdırılmaya ehtiyacına isə Uorlik: “Məsələ ondadır ki, bunu tərəflər qəbul etməlidir. Biz gərginliyin səngiməsi istiqamətində tərəflərin hər hansı addımlarını alqışlayarıq”.Xatırladaq ki, İrəvanda bir günlük səfərdə olan Ceyms Uorlik Ermənistan prezidenti Serj Sarkisyanla və xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. Rəsmi məlumata görə, ABŞ baş katibi Con Kerrinin Ermənistan və Azərbaycan prezidentləri ilə Uelsdə sentyabrın əvvəlində NATO sammiti zamanı başlanan müzakirələri davam etdirib.Uorlik gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası toplanışı çərçivəsində Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə görüşləri gözlənildiyini bildirib.
Mənbə: ANS PRESS