Qadin.NET / Binalar arasındakı məsafə qısaldıldı

Binalar arasındakı məsafə qısaldıldı

 

Binalar arasındakı məsafə qısaldıldı

Nazirlər Kabineti "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"da dəyişikliklər edib.
ANS PRESS-in məlumatına görə, binalar arasındakı məsafə qısaldılıb. 
Belə ki, ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində isə divar hündürlüyünün 0,25 hissəsi qəbul olunur.
Digər bir dəyişikliyə görə isə bu qaydalar kənd ərazilərinə şamil edilməyəcək. 

Mənbə: ANS PRESS

 

17 sentyabr 2014
GO BACK