Qadin.NET / Ebola üçün 1 milyard dollar lazımdır

Ebola üçün 1 milyard dollar lazımdır

 

Ebola üçün 1 milyard dollar lazımdır

Dünya Səhiyyə Təşkilatı bu barədə bəyanat yayıb.
Qərbi Afrikada milyonlarla insanın həyatına qarşı təhlükəyə çevrilən Ebola virusunun qarşısını almaq üçün 1 milyard dollara qədər maliyyə vəsaitinə ehtiyac var.
Anspress-in məlumaıtna görə, bu barədə Dünya Səhiyyə Təşkilatı bəyanat yayıb. Təşkilatın baş direktor müavini Brus Eyluord virusun bəşəriyyət üçün ciddi təhlükə yaratdığını deyib. İsveçrənin paytaxtı Cenevrədə çıxışı zamanı Eyluord qeyd edib ki, virus indiyə qədər 2500 insanın həyatına son qoyub. Son üç həftə ərzində ölü sayının təxminən iki dəfə artması isə epidemiya ilə təcili tədbirlər görülməsini tələb edir.
“Ebola virusu müasir dövrdə misligörülməz təhlükədir. Epidemiyanın qarşısını almaq olar, lakin bunun üçün erkən müdaxilə gərəklidir”, - deyə Eyluord qeyd edib.
Bir müddət əvvəl Liberiyada baş qaldıran virus regionun turizm sənayesinə də təsir edib. Virus hər bir halda müharibə və zorakılıqlardan əziyyət çəkən Afrika xalqlarına ikinci ağır zərbələrdən biri olub.
Amerika Birləşmiş Ştatları Prezidenti Barak Obama da ilk dəfə virusla bağlı ciddi bəyanatla çıxış edib. Obama qeyd edib ki, Ebola virusu artıq qlobal təhlükəyə çevrilib. “Ebola Qərbi Afrikada artıq bir epidemiya halına gəlib. Virusa nəzarət etmək olmur. Və bu hal daha da pisləşir”, - Obama vurğulayıb.
Obama çıxışı zamanı epidemiyanın qarşısını almaq üçün Liberiyaya 3 min nəfərlik hərbi heyət göndəriləcəyini də açıqlayıb.

Mənbə: Milli.Az

 

17 sentyabr 2014
GO BACK