Qadin.NET / Son 10 ildə Azərbaycanda 3 minə yaxın məktəb tikilib

Son 10 ildə Azərbaycanda 3 minə yaxın məktəb tikilib

 

Son 10 ildə Azərbaycanda 3 minə yaxın məktəb tikilib

Son 10 il ərzində Azərbaycanda 2 900-ə yaxın məktəb inşa edilib. Təkcə 2013-2014-cü tədris illəri ərzində təmir olunan məktəblərin sayı isə 200-dən çoxdur. 
Təhsil Nazirinin müavini Ceyhun Bayramovun ANS TV-yə verdiyi məlumata görə, yaxın illərdə hələ də daha çox təmirə ehtiyacı olan məktəblər tam təmir olunaraq şagird və müəllimlərin istifadəsinə veriləcək: 
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən isə təmirsiz məktəb qalmayacaq. Azərbaycan dinamik inkişaf edir, yeni qəsəbələr salınır. Təbii ki, həmin qəsəbələrdə yeni məktəb binalarının tikintisinə ehtiyac var və həyata keçiriləcək”.

Mənbə: ANS PRESS

 

17 sentyabr 2014
GO BACK