Bu il havaların isti və quraq keçməsi bazardakı məhsulların qiymətlərinə də təsirsiz ötüşməyib. Quraqlığa görə bəzi tərəvəz məhsullarının qiymətində bahalaşma müşahidə olunur.
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, yay mövsümünün quraq keçməsi Şəkidə kənd təsərrüfatı ilə yanaşı, bazara da təsirsiz ötüşməyib. Bu vəziyyət meyvələr, eləcə də tərəvəz məhsullarının qiymətinin qalxmasına səbəb olub. Süfrəmizin ayrılmaz elementlərindən olan pomidor da bahalaşıb. Elə alıcılar da məhsulun baha olması və nəticə etibarilə satışın aşağı düşdüyünü bildirirlər. Quraqlıq səbəbindən yerlərdə məhsulun çox hissəsi tələf olub.
Satışa çıxarılan pomidorlar da keyfiyyət baxımından alıcıları qane etmir. Bu məhsula olan təlabat isə ətraf bölgələrdən gətirilən məhsulların hesabına ödənilir. Ötən ilin eyni dövrü ilə müqayisə pomidorun qiymətində nə az, nə çox 70 qəpik bahalaşma var. Nəticədə mövsümi tərəvəzlərin əsasını təşkil edən bu məhsuldan hamı yetərincə bəhrələnə bilmir.
Qiymətlərdən razı olan da var, olmayan da. Bir çoxunun sevimli yeməyi hesab olunan lobya da quraqlıq səbəbindən baha qiymətə alıcılara təklif olunur. Ötən il 1 manata olan lobya bu il 2 manatadır. Pomidor və lobyadan fərqli olaraq, quraqlıq digər tərəvəz məhsullarına elə də təsir etməyib. Hazırda bazarda badımcanın 15-i, bibərin isə 20-si 1 manata satılır. Bir kilo soğan 40 qəpik, kartof 70 qəpik, xiyar 60 qəpik, kələm isə 80 qəpikdir.

Mənbə: Milli.Az