Qadin.NET / Nar "xəstələnib"

Nar "xəstələnib"

 

Bu il havaların isti keçməsi və yağıntıların olmaması bir çox kənd təsərrüfatı bitkiləri kimi, nar meyvəsinə də təsirsiz ötüşməyib. 
Milli.Az El TV-yə istinadən xəbər verir ki, meyvələrin şahı olan narda bir sıra xəstəliklər yaranıb. Göyçaydan olan fermerlərin sözlərinə görə, bu da məhsuldarlığın aşağı düşməsinə səbəb olub. Fermerlər deyirlər ki, əvvəllər bir hektar ərazidən 5-6 ton nar məhsulu yığmaq olurdusa, indi bu göstərici 2 tondan artıq deyil. 
Nar məhsulunda müşahidə olunan boz çürümə, göbələk və qara pal xəstəlikləri meyvənin yetişməzdən öncə məhvinə səbəb olur. Hava şəraitinin quraq keçməsi ötən ilə nisbətən bu il narın tez bar verməsinə də gətirib çıxarıb. Bildirək ki, Göyçayda bar verən 2 min hektar nar bağları var. 
Son 5 ildə isə nar, əsasən, Bığır, Hacıalıkənd, Qarabaqqal, Qarayazı, Ləkçıplaq, Qaraxıdır kəndlərində əkilir. Xatırladaq ki, Göyçay narının Gülövşə, Bala Mürsəl, Şıxbaba kimi 67 növü məlumdur.

Mənbə: Milli.Az

 

17 sentyabr 2014
GO BACK