Qadin.NET / Müəllimlər imtahan verəcək

Müəllimlər imtahan verəcək

Müəllimlər üçün sınaq qiymətləndirilməsi keçiriləcək.
ANS PRESS-in Bakı şəhəri üzrə Təhsil İdarəsinə istinadla verdiyi məlumata görə, qrum tərəfindən ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10 - 13 iyun 2014 - cü il tarixlərində Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi keçirilmişdi.
Üzrlü səbəblərə görə qiymətləndirilmədə iştirak edə bilməyən və sosial məzuniyyətdən qayıtmış müəllimlər üçün sentyabrın 20 – də Sınaq Qiymətləndirilməsi keçirilməsi nəzərdə tutulub.
Artıq bu həftədən başlayaraq Sınaq Qiymətləndirilməsində iştirak etmək üçün dövlət ümumtəhsil müəssisələrinin hər müəlliminin adına buraxılış vərəqəsi göndəriləcək. Buraxılış vərəqələri məktəb rəhbərliyi tərəfindən müəllimlərə çatdırılacaq.
Qeyd edək ki, Qiymətləndirilmənin Bakı şəhərinin 2 məktəbində - 47 və 258 saylı orta məktəblərində keçirilməsi nəzərdə tutulub.

Mənbə: ANS PRESS

16 sentyabr 2014
GO BACK