Qadin.NET / Cəbhədən xəbər var

Cəbhədən xəbər var

 

Cəbhədən xəbər var

Cəbhə xəttində atəşkəs yenidən pozulub.
Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Şirvanlı kəndi ərazisində yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Qeyd edək ki, erməni silahlı bölmələri ötən gecə də atəşkəsi pozublar. Erməni silahlı bölmələri Ağdam rayonunun Novruzlu, Sarıcalı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 

Mənbə: Milli.Az

 

16 sentyabr 2014
GO BACK