Qadin.NET / Bakıda çörəyi bahalaşdıranlar kimlərdir?

Bakıda çörəyi bahalaşdıranlar kimlərdir?

 

Bakıda bəzi dükanlar çörəyi bahalaşdırdı

İki gündür Bakıda fəaliyyət göstərən bəzi mağazalar çörəyin bəzi çeşidlərinin qiymətini artırıb. 
Milli.Az-ın məlumatına görə, modern.az saytının əməkdaşı müşahidə edib ki, xüsusilə təndir çörəklərinin qiymətində artım baş verib. Belə ki, həmin çörəklər 40 qəpikdən 50 qəpiyədək bahalaşıb.
”8-ci kilometr”dəki belə mağazalardan birinin satıcısı bahalaşmanın çörəkbişirmə müəssisələrinə bağlı olduğunu deyib. Buna səbəb kimi isə guya ölkədə getdikcə taxıl qıtlığının yarandığı, Ukraynadan taxıl gətirməyin mümkün olmadığı və s. göstərilir.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevisə sentyabr ayının əvvəlində ölkədə 1 milyon 440 min tonu buğda istehsal olunduğunu bildirib.
O, taxıl istehsalında azalma olduğunu təsdiqləsə də, ölkədə istənilən qədər taxıl ehtiyatının olduğunu vurğulayıb.
”Proqnozlar bunu deməyə əsas verir ki, hər hansı qıtlıqdan, bahalıqdan söhbət gedə bilməz”, - deyən nazirlik rəsmisi bildirib ki, Azərbaycanın taxıla olan tələbatının müəyyən hissəsi daxili istehsal, qalan hissə idxal hesabına ödənilir. Buğda idxalı Azərbaycana əsasən Rusiya, Qazaxıstandan edilir.
Nazirliyin bu açıqlaması onu göstərir ki, çörəyi bahalaşdıranlar fürsət axtaran işbazlardır. Onlar qiymətləri süni yolla qaldırmaqla bazara diqtə etməyə cəhd göstərirlər.

Mənbə: Milli.Az

 

16 sentyabr 2014
GO BACK