Avtobuslarda kartla ödəniş sistemi, sürücülərin də maaşa keçməsinə səbəb olacaq.ANS TV-nin məlumatına görə, 2015 Avropa Olimpia Oyunlarına hazırlıq prosesi özünü hər sahədə göstərir. Elə ictimai nəqliyyatda da bir çox yeniliklər olacaq. Yeni avtobusların gətirilməsilə yanaşı nəğd ödənişin gələn ilə qədər kartla əvəz olunması planlaşdırılır. Yəni bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi.Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyir ki, kartlı ödəniş sistemi ilə nəğd pul aradan qalxandan sonra sürücülər maaş sistemilə çalışacaq, eyni zamanda da sürücülərin vahid geyim forması da təsdiqlənmək üzrədir.Kart sistemi sürücülərin də konkret maaşla işləməsi deməkdir. Sürücülər arasında keçirilən kiçik sorğudan da məlum oldu ki, bu yenilik onların da ürəyincəndir.Ekspertlər isə bu yeniliyin ilk öncə avtobus sürücülərinin yol verdikləri qayda pozuntularının sayının azalmasına səbəb olacağını düşünür. Belə olan təqdir də avtobus qəzalarının qarşısı alınmış olacaq.Ekspert Azər Allahverənovun sözlərinə görə, artıq bir-birinin qarşısını kəsmək, ötmə halları olmayacaq.Hər halda, 20 qəpik dalınca qaçmayan sürücünün fikrinin yolunda olması sərnişinlərin də təhlükəsiz şəraitdə mənzil başına çatması deməkdir. Elə bu da ictimai nəqliyyatdan istifadə edən hər bir vətəndaşın istəyidir.
Mənbə: ANS PRESS