Qadin.NET / Subaylar üçün vacib xəbər

Subaylar üçün vacib xəbər

 

Subaylar üçün vacib xəbər

Milli Məclisdə Ailə Məcəlləsinə, İnzibati Xətalar və Cinayət Məcəllələrinə ediləcək dəyişikliklərdə, nikaha girənlərin işini bir az da artıracaq. Amma bu iş artımı elə gənclərin özlərinin də xeyrinə olacaq. Belə ki, ailə qurmaq istəyən hər iki şəxsin sağlamlıq haqqında tibbi arayışı təqdim etməsinin məcburi olması nəzərdə tutulur.
Milli Məclisin Sosial siyasət komitəsindən ANS TV-yə verilən məlumatda bildirilir ki, dəyişikliyə görə, nikaha daxil olan şəxslər bir-birlərinin sağlamlıq vəziyyəti barədə məlumat əldə etmək məqsədilə vətəndaşlıq vəziyyəti aktlarının, dövlət qeydiyyatı orqanına, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş xəstəliklər üzrə tibbi müayinədən keçmələri haqqında arayış təqdim etməlidirlər. Bu zaman cültlüklərin saxta arayışlar təqdim etməsi və onların qəbuluna qarşı cəzalar da nəzərdə tutulur. Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri barədə peşə və xidməti fəaliyyəti ilə bağlı məlumata malik olan şəxslər bu məlumatları sirr olaraq saxlamağa borclu sayılırlar.
Millət vəkili Musa Quliyevin sozlərinə görə, tibbi müayinələrin nəticələri barədə onlar yalız bir birinə məlumat verə bilərlər: “Bu həkim sirridir və ona uyğun qərara qəbul edə bilərlər. Ailə qursunlar, ya yox. Yaxud ailə qursalar hansı fəsadlar ola bilər. Hansı xəstəliklər cinsi irsi yolla keçir. Bunların da siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilkəcək. Artıq nikaha girənlər gələn ildən icbari tibbi müayinədən keçəcəklər”.
Həkimlərin fikrincə, Azərbaycan bir çox xəstəliklər üçün endemik zona olduğundan, talasemiya və digər irsi xəstəliklərin qarşısının alınmasında müayinələrin xüsusi rolu ola bilər. Ona görə də cütlüklərin bir sıra tibbi analizalərdən keçməsi vacibdir. 
Həkim-ekspert Adil Qeybullanın sözlərinə görə, bu müayinələrdə mütləq şərtlərdən biri anonimliyin saxlanılmasıdır. Amma bu müayinələrə cütlüklərin sağlamlığınını necə qeydinə qalmalı olduğunu və gələcəkdə ailə planlaşdırılması zamanı diqqətli olmalı məqamları müəyyən edəcək. Yəni nigaha daxil olmaq üçün alınacaq tibbi arayış sevənlərin ayırmayacaq. Sadəcə onların və dünyaya gətirəcəkləri övladlarının sağlamlığının qarantı olacaq ki, bu da hər kəsin arzusudur. 

Mənbə: Milli.Az

 

16 sentyabr 2014
GO BACK