Qadin.NET / Hava haqqında

Hava haqqında

 

Sentyabrın 16-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzerTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu əsasən yağmursuz, axşam buludluluğun artacağı gözlənilir.
Şimal-qərb küləyi 10-15 m/s, günün ikinci yarısında arabir 18-20 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31° isti, Bakıda gecə 19-21° isti, gündüz 27-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı - 758 mm civə sütunu, nisbi rütubət axşam və gecə 70-80 faiz, gündüz 50-60 faiz, təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək.
Qərb küləyi 5-10 m/s, axşam ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz, əsasən, yağmursuz olacaq.
Qərb küləyi 5-10 m/s, günün ikinci yarısında ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındahava gündüz, əsasən, yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Qərb küləyi 5-10 m/s, günün ikinci yarısında ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz, əsasən, yağmursuz olacaq.
Qərb küləyi 5-10 m/s, günün ikinci yarısında ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Qərb küləyi 5-10 m/s, günün ikinci yarısında ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gündüz, əsasən, yağmursuz olacaq.
Şimal-şərq küləyi 5-10 m/s, axşam ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 19-21° isti, gündüz 26-29° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-21° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 16-sı axşamdan 18-i gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli dəyişməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

Mənbə: Milli.Az

 

16 sentyabr 2014
GO BACK