Qadin.NET / Sabah da tıxaca hazır olaq?

Sabah da tıxaca hazır olaq?

 

Sabah da tıxaca hazır olaq?

"Bilik günü" paytaxt yollarında tıxacla müşahidə olundu. 
ANS TV-nin məlumatına görə, yeni tədris ilinin başlaması ilə əlqədar paytaxtın küçə və prospektərində tıxaclar yaranıb. Tıxac xüsusilə AzadlIq prospekti ilə Ziya Bünyadov küçəsinin kəsişməsində müşahidə olunurdu. İşə, dərsə gedənlər demək olar ki, bir saata yaxın tıxacda qaldılar. 
Azadlıq prospektində işimizi yekunlaşdırıb bu dəfə ən işlək yolllardan biri olan Azneft meydanına güclə olsa da gəlib çata bildik. Avtomobillər bir-birinə qarışmışdı desəm yəqin ki, yanılmaram. Səsdən qulaq batırdı. 
Baxmayaraq ki, Dövlət Yol Polis İdarəsinin bir həftə əvvəldən sürücülərə müraciət etmişdi ki, öz şəxsi avtomobillərinizdən mümkün qədər az istifadə edin. Əsas ictimai nəqliyyata müraciət edin. Amma xəbərdarlıq elə kağız üzərində qaldı. Yəni ona məhəl qoyan tapılmadı. Gözümüzdən tıxacları bir başa yaradan sürücülərin qaydalara məhəl qoymadan məktəb qarşısında park etməyə üstünlük vermələri yayınmadı. Səhər saatlarından başlanan tixaclar günorta saatlarina kimi davam etdi, onu da deyim ki, şəhərin şimal girişindədə bu gün səhər saatlarinda sıxlıq müşahidə olunub. Təbii ki, yaranan tıxaclar sürücülərin etirazına səbəb oldu.
Sürücü Fikrət Məmmədov dediki 5 dəqiqəlik yolu 40 dəqiqəyə gəlib. 
Digər sürücü Səməd Ramazanov isə əlavə etdiki şəhərin elə bir yeri yoxdu kı oradan tıxac olmasın. 
Bu gün səhər saatlarından gücləndirilmiş iş rejmində işləyən Dövlət Yol Polisinin əməkdaşaları da əllərindən gələni edirdilər ki, yollarda yaranan tixacı tez bir zamanda aradan qaldırsınlar. Bu səbəbdəndir ki, onların məhz bu gün üçün xüsusi hazırlıqlıq keçdiyi hiss olurdu. Gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq sübh tezdən yol ayrıclarında və təhsil müəssisələri olan hissələrdə hərəkəti tənzimləməyə çalışırdılar. 
Tağım komandiri Natiq Mövlayevin sözlərinə görə nəqliyyatın sıxlığına digər səbəb hər il avtomobillərin sayının artmasıdır. Onun sözlərinə görə, səhər saatlarında sıxlıq müşahidə olunub. Rəhbərlik tərəfindən bütün prosesin nəzarət altında olduğunu deyən komandir bütün yolayrıclarda nəqliyyatın hərəkətini tənzimlədiklərini də vurğuladı.
Yol polisi çıxış yolu kimi sürücülərin günün pik saatlarında ictimai nəqliyyatdan istifadəyə üstünlük verməsində olduğunu dedi. Hər halda əsəblərin tarıma çəkilməsindənsə ictimai nəqliyyatdan istafadə edərək mənzil başına vaxtında çatmaq daha əlverişlidir.

Mənbə: ANS PRESS

 

15 sentyabr 2014
GO BACK