Qadin.NET / Rəhbərlik bunları sevmir

Rəhbərlik bunları sevmir

 

Bəzən insanlar iş yerlərində gözləmədikləri halda cəzalanırlar və ya mükafatlandırılırlar. Milli.Az-ın Rusiya mətbuatına istinadən xəbər verir ki, amerikalı alimlər iş yerlərində insanların nəyə görə gözləntilərinin əksi olan münasibətlərlə qarşılaşdığını araşdırmağa çalışıblar. Tədqiqatların maraqlı nəticələri ortaya çıxıb.
Çoxları hesab edir ki, təyin olunan layihəni vaxtından əvvəl başa vurmaqla rəhbərliyin rəğbətini qazanmaq olar. Tədqiqatlar isə göstərib ki, bu cür gümanlar özünü doğrultmur.
Planların vaxtından əvvəl yerinə yetirilməsi heç bir dividend gətirmir.
Alimlərin apardığı araşdırmaya cəlb edilmiş insanlar cütlüklərə bölünüblər. Hər cütlüyün bir üzvünə 40 çətin tapmacanı tapmaq öhdəliyi verilib. Hər düzgün cavaba görə müəyyən pul məbləği verilib. 10 tapmacanı tapdıqdan sonra adam öz partnyoruna yardım üçün müraciət edə bilərdi. Məlum olub ki, tapşırıqların vaxtından tez yerinə yetirilməsi cütlüyün digər üzvünün neqativ reaksiyasına səbəb olub.

Mənbə: Milli.Az

 

15 sentyabr 2014
GO BACK