Qadin.NET / Avstraliya da İŞİD-ə qarşı mübarizəyə qoşuldu

Avstraliya da İŞİD-ə qarşı mübarizəyə qoşuldu

 

Avstraliya da İŞİD-ə qarşı mübarizəyə qoşuldu

İŞİD terror qruplaşması ilə mübarizəyə okeanın o tayından daha bir ölkə qoşulur. ANS PRESS-in məlumatına görə, Avstraliya da İŞİD-ə qarşı beynəlxalq mübarizəyə töhfə vermək niyyətini bəyan edib. 
Avstraliyanın Baş naziri Toni Ebbot ölkəsinin İŞİD-lə mübarizə üçün Birləşmiş Ərəb Əmirliklərinə hərbi təyyarələr və 600 nəfərlik şəxsi heyət göndərdiyini açıqlayıb. 
Avstraliyanın Baş naziri hərbçilərin göndərilməsinin Amerika Birləşmiş Ştatlarının mürajiətinə javab olaraq həyata keçirildiyini və bunun İraqın Baş naziri tərəfindən təsdiqləndiyini də vurğulayıb. 
Toni Ebbotun sözlərinə görə, İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etmək qərarı hələ verilməyib, lakin terror qruplaşmasının fəaliyyətini məhv etmək vacibdir. Baş nazir bildirib ki, britaniyalı humanitar yardım işçisinin başının kəsilməsi «İŞİD»in şər əməllər törətməyə jan atdığını sübut edir.

Mənbə: ANS PRESS

 

14 sentyabr 2014
GO BACK