“Milli özünütanıma” birliyinin lideri Paruyr Ayrikyan bildirib ki, bu gündən Ermənistan prezidenti Serj Sərkisyanın istefasını tələbilə olan aclıq aksiyasını saxlayır.
ANS PRESS-in məlumatına görə, 7 sentyabr tarixində Ayrikyan ölkə başçısının fəaliyyətindən narazı olduğunu bildirərək aclıq aksiyasına başlamışdı. O bildirmişdi ki, aclıq aksiyasını “prezident istefaya gedəndən sonra” saxlayacaq və onu hər gün saat 17.00 -18.00 arası hər gün prezident administrasiyası qarşısında davam edəcək.
“Mən sadəcə aksiya keçirirəm, mən deməmişdim ki, məsələni həll edəcəm. Məsələni millət həll etməlidir, aclıqla isə sən sadəcə tələb irəli sürürsən”- deyə o bildirib.
“7 nəfərin (aksiyaya qoşulan 6 digər partiyalar) birgə aclıq aksiyasını etiraz kimi qəbul etmək olar. Bu 7 min adamın yığışmasından daha əsaslıdır”- deyə o sözünə əlavə edib.
Bundan əlavə o aksiyaya qatılan tərəfdarları ilə birgə kilsələri gəzərək Allahdan hakimiyyətə ağıl verməsini istəyib. Bundan əlavə o öz tələblərində yeni konstitusiya reformlarına da toxunub. Onun sözlərinə görə haklimiyyət konstitusiyada olan yeni formalarla idarəetmə məsləsində milləti manipulyasiya etmək istəyir.
Eləcədə müxalifətçi Serj Sərkisyanın Ermənistanın gömrük ittifaqına girməsi barədə keçən ilin 3 sentyabr çıxışını da tənqid edib. O bildirib ki, bunu ölkəni məhvə gətirib çıxara biləcək ölümcül səhv adlandırıb.
Ayrikyan xəbər verib ki, 21 sentyabrda Ermənistanın müstəqillik gününə təyin edilən mitinq olacaq. Onun sözlərinə görə 2013-cü ilin 3 sentyabrında millətin 94 faizinin SSR-dən yəni Rusiyadan ayrılmaq istəyinə əks qərarı ilə hakimiyyət müstəqillik gününü qeyd etməyə layiq deyil.
Qeyd edək ki, Paruyr Ayrikyan Ermənistanda keçirilən son prezident seçkilərində namizədliyini irəli sürmüşdü. O zaman ona qarşı İrəvanın mərkəzində keçirilən sui-qəsd nəticəsində döş qəfəsindən güllə yarası almışdı.