Qadin.NET / Obama: İŞİD qruplaşması məhv ediləcək

Obama: İŞİD qruplaşması məhv ediləcək

 

Obama: İŞİD qruplaşması məhv ediləcək

ABŞ prezidenti Barak Obama Britaniya vətəndaşı Devid Heynsin İŞİD terror təşkilatının ekstremistləri tərəfindən qətlini “vəhşət” adlandıraraq, inandırmağa çalışıb ki, təşkilat məhv ediləcək.
ANS PRESS-in məlumatına görə, Obama bildirib ki, “Biz Böyük Britaniya, regionda və bütün dünyada olan geniş koalisiya ilə birgə işləyəcəyik ki, bu dəhşətli aktı törədənlər məhkəmə qarşısında dursunlar və eləcə də ölkələrimiz, region və bütün dünya vətəndaşları üzərində olan bu təhlükəni azaldaq və məhv edək ”. 
ABŞ prezidenti həmçinin qətlə yetirilmiş britaniyalının ailəsinə başsağlığı verib.
Qeyd edək ki, İŞİD terrorçu qruplaşmasının yaraqlıları Böyük Britaniya vətəndaşı Devid Heynsin edam videosunu yayıb.
Bu barədə terrorçuların internetdə aktivliyinin monitorinqini yerinə yetirən SİTE təşkilatı xəbər verib.
Əvvəlki videolarda olduğu kimi bu dəfə də edam olunan şəxs ölümdən qabaq müraciət edir və öz ölümündə Britaniya baş naziri Devid Kemeronu günahlandırır.
Videonun sonunda İŞİD terrorçusu növbəti qurban kimi yenə də Britaniya vətəndaşı olan Alan Henninqi göstərir. 

Mənbə: ANS PRESS

 

14 sentyabr 2014
GO BACK