Qadin.NET / Hava haqqında

Hava haqqında

 

Sentyabrın 14-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Milli.Az AzerTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında

Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Şimal-qərb küləyi 15-20 m/s, gecə və səhər arabir 23-25 m/s-dək güclənəcək, axşama doğru 10-14 m/s-dək mülayimləşəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 27-31° isti olacaq.
Bakıda gecə 20-22° isti, gündüz 28-30° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı-758 mm civə sütunu, nisbi rütubət axşam və gecə 70-80 faiz, gündüz 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24° isti, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25° isti, Türkan, Hövsan, Şıx, Sahildə 25-26° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi 5-10 m/s.

Havanın temperaturu gecə 13-18° isti, gündüz 30-35° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı,  Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. 
Havanın temperaturu gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir. 

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gün ərzində, əsasən, yağmursuz olacaq. 
Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. 
Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, 
Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
 bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. 
Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30° isti olacağı gözlənilir. 

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. 
Havanın temperaturu gecə 19-24° isti, gündüz 29-34° isti olacağı gözlənilir. 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gündüz, əsasən, yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi 5-10 m/s, arabir güclənəcək. 
Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-32° isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

 

14 sentyabr 2014
GO BACK