Qadin.NET / "Böyük oyun" başlayır

"Böyük oyun" başlayır

 

"Böyük oyun" başlayır

Bu gün Topaz Premyer Liqasında V turun oyunları davam etdiriləcək.
ANS PRESS-in məlumatına görə, ilk oyun günündə 3 matç baş tutacaq.
Turun mərkəzi qarşılaşması "Neftçi" və "Xəzər Lənkəran" arasında keçiriləcək. Mövsümün ilk "Böyük oyun"una İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu ev sahibliyi edəcək. Qarşılaşmada ədaləti Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası qoruyacaq.
"Neftçi" cari mövsüm keçirdiyi 3 oyunda 6 xal qazanıb. "Araz Naxçıvan"a uduzan (0:3), "Bakı"nı (1:0) və "Simurq"u (2:1) udan "ağ-qaralar"ın AZAL-la oyunu təxirə salınıb. Komanda 6 xalla turnir cədvəlində 3-5-ci pillələri bölüşür. "Xəzər Lənkəran" isə keçirdiyi 4 oyunda aktivinə 4 xal yazıb. AZAL-la "sülh" bağlayan (1:1), "İnter"i udan (1:0) komanda "Sumqayıt" (0:1) və "Simurq"a uduzub (0:1). Lənkəranlılar 4 xalla turnir cədvəlinin 6-7-ci pillələrini bölüşür.
Qeyd edək ki, bu komandalar arasında 34-cü qarşılaşma olacaq. Əzəli rəqiblər 29 dəfə Premyer Liqada, 3 dəfə kubokda, 1 dəfə Superkubokda qarşılaşıb. İndiyədək "Neftçi" 10, "Xəzər Lənkəran" 9 qələbə qazanıb, 14 matç "sülh"lə bitib. Bakılıların 36 qoluna lənkəranlılar 30 dəfə cavab verib. "Neftçi"nin baş məşqçi postuna 3 ildən sonra qayıdan Arif Əsədov 9-cu "Böyük oyun" həyacınını yaşayacaq. Oğuz Çətin isə ilk dəfə derbiyə baş məşqçi kimi çıxacaq. "Böyük oyun"ların ən məhsuldar oyunçusu Flavinyodu - 7 qol. “Xəzər Lənkəran”ın ən məhsuldar üzvü isə indi rəqib düşərgədə olan Julius Vobaydı - 3 qol. 
Premyer Liqa
2013/14 mövsümü
I dövrə, V tur
13 sentyabr
Neftçi - Xəzər Lənkəran
Neftçi (gözlənilən heyət): Saşa Stamenkoviç, Karlos Kardoso, Elvin Yunuszadə, Məqsəd İsayev, Mirhüseyn Seyidov, Erik Ramos, Kaue, Araz Abdullayev, Flavinyo (k), Julius Vobay, Nikolas Kanales.
Xəzər Lənkəran (gözlənilən heyət): Cahangir Həsənzadə, Manuel Skarlatake, Tyeqo, Vanderson Skarduelli, Elnur Abdullayev, Rəşad Sadiqov, Rahid Əmirquliyev (k), Qalin İvanov, Dejan Blajevski, Rauf Əliyev, Ağabala Ramazanov.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Mübariz Haşımov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim- inspektor: Əli Hüseynov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 17.30.

Mənbə: Milli.Az

 

13 sentyabr 2014
GO BACK