Qadin.NET / Bakının taksi parkı genişləndiriləcək

Bakının taksi parkı genişləndiriləcək

 

 

"TX4" avtomobillərinin operatoru olan "Baku Taxi Company" şirkəti gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarına qədər parkını daha 500 avtomobillə genişləndirmək niyyətindədir. 
Bu barədə Trend-ə şirkətdən bildiriblər.
Hazırda şirkətin avtomobil parkı 1000 maşından ibarətdir və onlar yalnız Bakı ərazisində işləyir.
Şirkətdən yeni avtomobillərin ölkəyə gətiriləcəyi tarixi açıqlamayıblar.
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları iyunun 12-28-də keçiriləcək.
Avtomobillərdə gedişhaqqına gəlincə, şirkətdən deyiblər ki, tarif dəyişməz qalır.
Hazırda "Baku Taxi Company"nin avtomobillərində gedişhaqqı aşağıdakı kimidir:

Çatdırma qiyməti

1 manat

Hər kilometrə görə gedişhaqqı (10 kilometrə qədər)

0,7 manat

Hər kilometrə görə gedişhaqqı (10 kilometrdən 20 kilometrə qədər)

0,4 manat

Hər kilometrə görə gedişhaqqı (20 kilometrdən və daha artıq kilometr)

0,2 manat

Dayanmanın hər dəqiqəsinin qiyməti

0,05 manat

Mənbə: Milli.Az

13 sentyabr 2014
GO BACK