Qadin.NET / Qatarlarda təhlükəsizlik tədbirləri gücləndirilib

Qatarlarda təhlükəsizlik tədbirləri gücləndirilib

 

Qatarlarda təhlükəsizlik tədbirləri gücləndirilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətidə (QSC) həm stansiyalarda həm də qatarlarda sərnişinlərin təhlükəsizliyi və onların ünvana sağ-salamt çatması üçün hər bir şəraiti yaradır. 
ANS TV-nin məlumatın görə, qatarlara stansiyalarda nəzarət kameraları və xüsusi təlimatlandırılmış müşahidəçilər daim nəzarəti təmin edirlər. Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əziməmmədovun sözlərinə görə, tək stansiyalarda yox, həmçinin qatarlarda olan kameralar da imkan verirki, sərnişinləri mənzil başına kimi tam nəzarətdə saxlamaq mümkün olsun.
Sərnişin gediş üçün bilet aldığı andan sığortalanır. Əgər qatar hərəkətdə olan zaman sərnişinin halı pisləşərsə əvvəlcə ilkin tibbi yardım göstərilir. Daha sonra isə növbəti stansiyaya təcili tibbi yardım çağırılır. Əgər xəstənin halı yaxşılaşarsa və yola davam etmək istəyərsə, qatar onu gözləyir. Əks təqdirdə xəstə həmin ərazidə olan xəstəxanaya yerləşdirilir.
Nadir Əziməmmədov onu da bildirdi ki, Azərbaycanın sərhədləri daxilində bütün təhlükəsizlik tədbirləri ölkəyə məxsusdur. Sərhədi tərk etdikdən sonra isə qatar hansı ölkənin ərazisindədirsə sərnişin və qatarın təhlükəsizliyi elə həmin ölkəyə aid olur.

Mənbə: ANS PRESS

 

12 sentyabr 2014
GO BACK