Qadin.NET / Ermənistana ilk zərbə

Ermənistana ilk zərbə

“AİR Armenia” şirkəti Rusiya mətbuatında yayılmış 1,1 milyon borc müqabilində Rusiya şirkətlərinə naviqasiya xidməti göstərilməsinin dayandırılması xəbərlərinə aydınlıq gətirib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, əslində burada söhbət borcdan getmir. Bunun Qərbin Rusiyaya qarşı sanksiyalarının bir nəticəsi olduğu bildirilir.Bildirilir ki, bu Rusiyaya qarşı sanksiyaların Ermənistanda ilk təzahürüdür. Bunun ardının gələcəyi deyilir.Ermənistanın bəzi müxalif saytları artıq bununla bağlı erməni hakimiyyətini kəskin tənqid etməyə başlayıb. Onlar bildirirlər ki, hökumət “bir əlində iki qarpız” tutmağa çalışır. Onlar bunun strateji səhv olduğunu deyirlər. Bununla da, onsuz da çökməkdə olan Ermənistan iqtisadiyyatının məhvinə gətirib çıxaracaq.

Mənbə: ANS PREES

12 sentyabr 2014
GO BACK