Amerika Birləşmiş Ştatları İraq və Suriyada fəaliyyət göstərən İŞİD terror qruplaşmasının döyüşçülərinin sayını açıqlayıb. ANS PRESS xəbər verir ki, ABŞ Federal Təhqiqatlar Bürosunun yeni hesablamalarına görə, İŞİD tərəfində döyüşənlərin sayı əvvəlki rəqəmlərdən 3 dəfə çoxdur və 20 minlə 30 min arasında dəyişir. ABŞ Federal Təhqiqatlar Bürosunun məlumatının bu ilin mayından avqustuna kimi Amerika kəşfiyyatının hesabatlarına əsaslanır. Bu arada, İraq və Suriyada İŞİD-ə qarşı beynəlxalq hərbi əməliyyatı koordinasiya edəcək şəxsin adı məlum olub. Bu vəzifə daha əvvəl İraq və Əfqanıstanda analoji işi görən, ABŞ dəniz piyadalarının istefada olan general Con Alenə həvalə edilib.
Mənbə: ANS PRESS