Qadin.NET / Rus qızlarla bacarmadıq

Rus qızlarla bacarmadıq

Ötən gün Pirşağıda çimərlik futbolu üzrə Baku Masters turnirinin ikinci gününün oyunları keçirilib.ANS PRESS-in "Sportbox"a istinadən məlumatına görə, qadın idmançılardan Azərbaycan dueti -Yuliya Kərimova və Rekel Ferreyra "A" qrupunda alman və rus duetlərinə məğlub olub. Azərbaycanın digər komandası, Vivian Daniel-Zinaida Lyubimova "D" qrupunda avstriyalı idmançılara uduzsa da, isveçli voleybolçulara qalib gəlib.Bu gün qrup mərhələsi başa çatacaq. 4 qrupun qalibləri birbaşa 1/4 finala çıxacaq. 2-ci və 3-cü yerləri tutan cütlüklər isə play-off mərhələsinin ilk raundunda oynayacaq.

Mənbə: ANS PRESS
12 sentyabr 2014
GO BACK