Paytaxtin “İçəri şəhər” metrostansiyasının qarşısındakı ağacın gövdəsi üzərində yaradılan bu gülüş rəmzi metrodan çıxanları xeyli təəcübləndirir.ANS TV-nin məlumatına görə, gülümsəyən insan təsviri yaradana ağac özü elə stimul verib. Belə ki, ağacdakı gözlər və ağızın quruluşu elə təbiətə aiddir. Ona gülüş təqlidi bəxş edən isə bu karikaturaya ağac qabığında yaranmış ağıza dişlər çəkməklə nail olub. Hər halda ağaca heç bir ziyan dəyməyib. Dişlər qələmlə işlənib. Son vaxtlar şəhərin ciyərləri sayılan ağacların kəsilməsi faktlarının artması fonunda bu cür pozitiv addım ancaq təqdirə layiqdir.İnsanlar iş stresi altında və düşüncəli bir şəkildə sözün əsl mənasında onların üzünə gülümsəyən bu ağacın yanından keçdikdə bir anlıq belə olsa, ayaq saxlayırlar. Çöhrələrində də təbəssüm yaranır. Hər halda bu da bir nəticədir.
Mənbə: ANS PRESS