Cənubi Koreya hökuməti siqaret çəkənlərin sayını azaltmaq üçün qiymətləri az qala ikiqat artırmağı təklif edib.
ANS PRESS-in məlumatına görə, hökumətin planına bildirilir ki, gələn ilin əvvəlində bir qutunun qiyməti təxminən 4500 won olacaq (3.40 AZN). Hazırda siqaretlərin qiyməti 2500 won-dur.
Amma təklif parlamentdə dəyişikliklərə məruz qala bilər, çünki çoxu onun əleyhinədir, Yonhap xəbər agentliyi məlumat verir.
Hökumət siqaret çəkən kişilərin sayını azaltmaq istəyir. Cənubi Koreyada kişilərin 41 faizi siqaret çəkir, dünyada isə orta rəqəm 26 faizdir, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) deyir.
Bu ölkədə siqaret çəkənlərin ümumi sayı 23 faizdir, OECD-yə əsasən dünyada orta rəqəm isə 21 faizdir.
Cənubi Koreya son dəfə siqaretlərin qiymətini 2004-cü ildə qaldırmışdı. Qiymətlərin 500 won qalxması nəticəsində siqaret çəkənlərin sayı 15 faiz azaldı, Yonhap məlumat verir.