Qadin.NET / Müqəddəs Kəbə Həccə hazırlanır

Müqəddəs Kəbə Həccə hazırlanır

 

Müqəddəs Kəbə Həccə hazırlanır

Həcc mövsümünün başlanması ilə əlaqədar ənənəyə uyğun olaraq müqəddəs Kəbənin örtüyü (kisva) hər il Zilqədə ayının 15-də etibarən Şəzirvandan (Kəbənin mərmərdən hazırlanmış aşağı dik hissəsi) 3.5 metr hündürlüyə qaldırılır və hazırda olduğu kimi ətrafına pambıqdan olan ağ parça örtülür. 
ANS PRESS-in məlumatına görə, bu proses hər il Həcc ziyarətinin astanasında keçirilir.
Kəbə Ərəfə günü sabahı gülsuyu və zəmzəmlə yuyulduqdan sonra yeni örtüyünü “geyinəcək”.
Bu, Kəbə örtüyünün zəvvarların toxunması nəticəsində korlanmaqdan qorunması məqsədilə edilir. Bəzən zəvvarlar, xeyirli olacağını düşünərək, örtükdən bir parça kəsirlər. Örtüyün hazırlanmasında 120 kiloqram saf qızıl və gümüşdən istifadə edilir, ümumilikdə çəkisi 2 tona yaxın olur. Qızıl və gümüş iplərlə əldə hörülən və sonra qara rəngə boyanılan Kəbə örtüyü 16 hissədən meydana gəlir. 
Kəbə örtüyünün üzərinə “La ilahə illallah Muhammedün Rəsulullah”, “Allah Cəllə Cəlalühü”,“Sübhanallahi və bihamdihi Subhanallah Əl Azim”, “Ya Hannan, ya Mənnan” sözləri yazılıb. 
Qeyd edək ki, bu il Qurban bayramı oktyabr ayının birinci yarısına düşür. 

Mənbə: ANS PRESS
12 sentyabr 2014
GO BACK