10 sentyabr tarixdən başlayaraq Azərbaycanın paytaxtı Bakı şəhəində Xəzər dənizinin sahilində qadınlar və kişilər arasında CEV Baku Masters yarışı start götürdü.ANS PRESS-in Gənclər və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “Həyat Çimərlik və Voleybol Mərkəzi”ndə ilk olaraq yarışı Qualification mərhələnin iştirakçıları olan Almaniyalı “Bieneck- Grosner”, Yunanıstanlı “Manavi-Parisaki” və digər meydançada Avstriyalı “Schwaiger S-Chukwuma L”, Çexiyalı “Bonnerova – Hermannova” qadın cütlükləri açdılar. Ilk hissə maraqlı və bərabər mübarizəylə sona çatdı. Setin əvvəllərində Almaniyalı cütlük ağıllı hücumları ilə rəqibindən üstün olmağı bacarırdı. Yunanıstan təmsilçiləi isə hissənin əvvəllərində topu oyuna daxil edərkən bir neçə dəfə səhvə yol verirdi. Buna baxmayaraq ilk hissədə Yunanlar 23-21 hesabı ilə qalib gəldilər. Daha sonra isə Almniyalı “Bieneck- Grosner” cütlüyü 21-14 hesabı ilə qalib gələrək hesabı bərabələşdirdi və görüşün taleyini taybrekdə öz xeyirlərinə 15-06 hesabı ilə sona çatdıra bildi. Ümumi hesabda 2-1 (21-23, 21-14, 15-06) Almaniya qalib gəldi .Digər meydançada keçirilən Avstriya və Çexiya cütlüklərinin görüşündə də eyni olaraq 2-1 hesabı qeydə alındı. Amma kənardan bu cütlüklərin hər ikisi eyni gücə malik olduqları görünürdü. Buna baxmayaq müdafiədə daha yaxşı oyun göstərən Çexiyalı cütlük “Bonnerova – Hermannova” ilk hissədə ki, məğlubiyyətdən sonra ardıcıl olaraq iki hissəni qalib gələ bildi. 2-1 (20-22, 29-27, 15-10)Günün sonuncu oyunları Rusiyalı “Dabizha-Abalakina”, Hollandiyalı “Braakman –Van der Vist” və ikinci meydançada Finlandiyalı “Lehtonen – Lahti”, Ukrayınalı “Sulima – Udovenko” cütlükləri arasında oldu. Əsas meydançada keçən Hollandiya –Rusiya görüşünd hollandiyalı cütlük “Braakman –Van der Vist” rəqibinə heç bir şans vermədən 2-0 (21-15, 21-19) hesabı ilə qalib gəldilər.Hollandiyalı cütlük “Braakman –Van der Vist”görüşdən sonra mediyaya öz fikirlərini bildirdilər: “Bakıda yarış çox yüksək səviyyədə təşkil olunub. Bakı gözəl şəhərdir. Bu gün ilk görüşdən qalib ayrıldıq. Həqiqətən yarış boyu qalibiyyət üçün əlimizdən gələni edirdik. Isdiyədik ki, yarışın qalibi biz olaq amna qarşıda bizi güclü rəqiblər gözləyir, biz yenə də qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Bu yarışda Almaniya, Sloveniya bizim fikrimizcə güclü rəqiblərdir. Onu da qeyd edək ki, hava şəraitinin də oyuna böyük təsiri olur.”Ikinci koməkçi meydançada Finlandiya və Ukrayna cütlükləri qarşılaşdılar. Burda da 2-0 hesab qeydə alındı. Finlandiyalı “Lehtonen – Lahti” cütlüyü 2-0 (21-12, 21-15) hesabı ilə qalib gələrək Ukraynalı cütlüyünü yarışdan uzaqlaşdırdılar. Görüşdən sonra Lehtonen oyun haqqında fikirlərini mediayla bölüşdü. O qeyd etdi ki, mən sevinirəm ki, ilk görüşü qalib başa vurduq. Düzdür külək bizə topun qəbulunda çətinlik yaratdı amma buna baxmayaraq qalib gəldik. Mən düşünürəm ki, güclü , maraqlı oyunlar hələ qabaqdadır. Qeyd edək ki, bir neçə il əvvəl Lehtonen Bakınin İqtisadçı klubunda klassik voleybolda mübarizə aparıb. O çıxışında da Bakının ona doğma şəhər olduğunu qeyd etdi.Günün nəticələrinə görə Yunanıstanlı, Avstiryalı, Rusiyalı və Ukrayınalı cüütlüklər CEV Baku Masters lə vidalaşdılar.
Mənbə: ANS PRESS