Qadin.NET / 15 yaşlı girov geri qaytarılıb

15 yaşlı girov geri qaytarılıb

Təmas xəttini 5 sentyabr 2014-cü il tarixdə keçən Azərbaycan vətəndaşı bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı Azərbaycan hökumətinə təhvil verilib. Bu barədə ANS PRESS-ə BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib.Təhvil vermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında baş verib.Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri bu şəxsə saxlanma şəraitini və onunla necə davranıldığını qiymətləndirmək üçün baş çəkərkən, saxlanılan şəxs geri dönmək arzusunu bildirib. Təşkilatın nümayəndələri onun ailə üzvləri ilə də əlaqə saxlamışlar.Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir.Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşı, 15 yaşlı Məmmədov Cavid Samir oğlu 5 sentyabr tarixində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında erməni hərbçilər tərəfindən girov götürülüb.

Mənbə: ANS PRESS

11 sentyabr 2014
GO BACK