Qadin.NET / Günəşdə güclü partlayış: qasırğa olacaq

Günəşdə güclü partlayış: qasırğa olacaq

 

Günəşin səthində 2012-ci ildən bəri ən güclü partlayış baş verib və hazırda günəş fırtınası yerə doğru istiqamətlənib.
Bu barədə azvision.az “Reuters”ə istinadən xəbər verir.
Mütəxəssislər partlayışa Amerikada Kosmosda hava proqnozları Mərkəzinin astrofizikləri tərəfindən istifadə edilən cədvəl üzrə ən yüksək qiymət verib. Yerə yaxınlaşan zaman partlayış dalğasının gücünün zəifləyəcəyi gözlənilir.
Günəşdə partlayış bu gecə baş verib. Partlayış nəticəsində ayrılan plazma buludu saata 4,02 milyon kilometr sürətlə Yer kürəsinə yaxınlaşır və artıq sentyabrın 12-də planetə çata bilər.

Mənbə:Milli.Az

 

11 sentyabr 2014
GO BACK