Qadin.NET / İŞİD-dən ən çox qorxan ölkə

İŞİD-dən ən çox qorxan ölkə

 

İŞİD-dən ən çox qorxan ölkə

İtaliya daxili işlər naziri Ancelino Alfano maraqlı açıqlama ilə gündəmə gəlib.
ANS PRESS-in məlumatına görə, İtaliya daxili işlər naziri Ancelino Alfano parlamentin aşağı palatası nümayəndələri ilə keçirdiyi görüşdə ölkəsinin terrorçuların ilk hədəfləri sırasında olduğunu bildirib.
“Xristiyanlığın beşiyi olaraq, İtaliya və paytaxt Roma İŞİD terror qruplaşması üçün ilk hədəfləri sırasında olmalıdır” – deyə nazir çıxışında vurğulayıb.
Ölkələrinə qarşı nəzərdə tutulmuş hər hansısa bir terrorçu fəaliyyətinə rast gəlmədiyini dilə gətirən Alfano, İtaliyaya Aralıq dənizi vasitəsilə Afrikadan gələn miqrantların arasında İŞİD terrorçularının da ola biləcəyinə diqqət çəkib. O, ölkədəki bütün dini fəaliyyətlə məşğul olan yerlərə nəzarəti artırdıqlarını bildirib. 
İŞİD silahlılarının 10-100 min arası sayı olduğunu qeyd edən nazir, təkcə İtaliyadan 48 nəfərin İraq və Suriyaya döyüşmək üçün getdiyini və onlardan 2-nin italiyalı olduğunu söyləyib.
Qeyd edək ki, bundan əvvəl İngiltərəli bəzi rəsmilər ölkədə İŞİD terrorçularının hər hansısa bir fəaliyyətinin ola biləcəyindən narahatlıq duyduqlarını bildirmişdilər.

Mənbə:ANS PRES
11 sentyabr 2014
GO BACK