Qadin.NET / Hamiləliyin son dövründə bunu etmək təhlükəlidir

Hamiləliyin son dövründə bunu etmək təhlükəlidir

 

Hamiləliyin son dövrlərində bir çox qadınlara yataq rejimi tövsiyə edirlər. Bunun bəzi üstün cəhətləri olsa da, diabet xəstəliyinə səbəb ola bilir. Həmçinin depressiya və əzələ itkisinə səbəb olur. Hamiləlik zamanı çox oturan qadınların övladlarının çəkisi doğuş zamanı aşağı olur.
Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, yeni araşdırma göstərib ki, qadınlara hamiləlik zamanı fiziki aktivliyi tam məhdudlaşdırmaq tövsiyə edilmir. Adətən hamilə qadınlarda vaxtından əvvəl tutmalar, arterial təzyiq, dölün böyüməsində problemlər və uşağın düşmə riski olanda məsləhət görülür ki, yataq rejiminə keçsinlər. Ancaq yataq rejimi, demək olar ki, heç vaxt müsbət nəticələr vermir.
Tədqiqatlar göstərib ki, yataq rejimi həmin problemlərin aradan qaldırılması üçün faydasızdır. Yataq rejimi əzələ və sümük kütləsini azaltmaqla yanaşı, ayaqlarda trombların və ağciyərlərdə suyun yığılmasına da səbəb ola bilər.

Mənbə:Milli.Az

 

11 sentyabr 2014
GO BACK