Moskva xüsusi təyinatlıları İŞİD terrorçu qruplaşmasının üzvü olan Rusiya vətəndaşını saxlayıblar.
ANS PRESS-in İnterfaks-a istinadən məlumatına görə, həmin şəxs 2013-cü ilin sonu-2014-cü ilin əvvəllərində Suriyada terrorçuların tərəfində hərbi əməliyyatlarda iştirak edib.
O, qeyri-qanuni silahlı əməliyyatlarda iştirak etməkdə günahlandırılır. Saxlanılan Rusiya vətəndaşının günahı sübuta edilərsə, 10 il azadlıqdan məhrum edilə bilər.
Xatırladaq ki, İŞİD hal-hazırda Suriya və İraqda bir sıra rayonları işğal edib və bu əraziləri şəriət qanunları ilə idarə etdiyini bildirib.
Mənbə:ANS PRESS