Qadin.NET / 15 kanala qadağa qoyuldu

15 kanala qadağa qoyuldu

 

15 kanala qadağa qoyuldu

Ukraynada 15 Rusiya kanalının yayımı dayandırlıb. Bu haqda qərarı Ukrayna Televiziya və Radio yayımı məsələləri üzrə Milli Şurası qəbul edib. 
ANS PRESS-in məlumatına əsasən, qadağan edilən kanallar arasında “Birinci kanal. Ümumdünya şəbəkə”, “RTR-Planeta”, “NTV-Mir”, “Rossiya-24”, “Rossiya-1” və NTV kimi kanalların adları da var. 
Ümumilikdə isə Kiyev şəhər İdarə Məhkəməsinin qərarı ilə aşağıdakı kanalların yayımı qadağan edilib:
1. “Birinci kanal. Ümumdünya şəbəkə”
2. “RTR-Planeta”
3. “NTV-Mir”
4. “Rossiya-24”
5. “TVCİ”
6. “Rossiya-1”
7. NTV
8. TNT
9. “Peterburq-5”
10. “Zvezda”
11. “Ren-TV”
12. “RBK-TV”
13. Life News
14. Russia Today
15. “İstoriya”
Rusiya Xarici İşlər Nazirliyi bu qadağanı mətbuat azadlığının məhdudulaşdırlması kimi qiymətləndirib. 
“Birinci kanal”ın baş direktoru Konstantin Ernst isə bu qərarı ləğv etməyə çağırıb və bildirib ki, bu, abonentlərin beynəlxalq hüquq və maraqları normalarına ziddir.
ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç qanuni əsas olmadan Rusiya telekanallarının yayımına qoyulan qadağanı “senzuranın bir forması” adlandırıb.

Mənbə:ANS PRESS

 

11 sentyabr 2014
GO BACK