Qadin.NET / Cəbhədən son xəbər

Cəbhədən son xəbər

 

Cəbhədən son xəbər

Cəbhə xəttində atəşkəs yenidən pozulub.
ANS PRESS-in məlumatına görə, erməni silahlı bölmələri dünən Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Xatırladaq ki, dünən də ermənilər atəşkəsi pozublar. Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şuraabad, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Mənbə:ANS PRESS

 

10 sentyabr 2014
GO BACK